Türk Meclisi

Anasayfa Görüşler Tartışmalar Haber & Yorum Temel Bilgiler Anketler Arama İletişim
Türk Meclisinde kayıtl?toplam kullanıc? 1831
Görüşlerde Yer alan toplam Makale sayıs? 10766
Açılan toplam Tartışma konusu sayıs? 236
Tartışma Panelindendeki toplam Mesaj Sayıs? 755
Toplam 798 Bilgi Makalesi ve toplam 2053 Haber bulunmaktadır.
Üye olmak istiyorum
Şifremi unuttum
Kullanıcı Sözleşmesi
Kullanıcı:
Şifre:
Okuyucularımıza Sunduğumuz Temel Bilgiler
ONBEŞLİLERİN TÜRKÜSÜ

«ON BEŞLİLƏRİN TÜRKÜSÜ»
2008-02-27 - 15:55:00



2000-ci illərdə TRT-nin Bakı bürosunda çalışarkən təmsilçimiz, tarix doktoru Mustafa Görüryılmaz elə hey bölgələrə səfərlərə çıxırdı. Mustafa bəy Azərbaycan və Cənubi Qafqaz bölgəsindən gündəlik xəbərlərin hazırlanmasına və yayımına nəzarət etməklə yanaşı, sənədli filmlərin çəkilişinə də qoşulmuşdu.

Mustafa bəyin Bakıda çalışdığı illər ərzində ərsəyə gətirdiyi sənədli filmlər arasında Türk Qafqaz İslam Ordusunun 1918-ci ildə bölgədəki fəaliyyətindən bəhs edən araşdırmasının özünəməxsus yeri var. TRT təmcilçisi Azərbaycanı qarış-qarış gəzib, Dərbəndə qədər yol qət edib, o illərin canlı şahidlərini dindirir, indiyəcən bir kimsəyə bəlli olmayan məlumatları toplayırdı. Nəticədə TRT-nin Bakı bürosununun hazırladığı “On beşlilərin türküsü” filmi müxtəlif mükafatlara layiq görüldü.

Mustafa bəy Türkiyəyə qayıtdıqdan sonra da bu istiqamətdə araşdırmalarını davam etdirdi. Və uzun illərin zəhməti olaraq “Türk Qafqaz İslam Ordusu və ermənilər - 1918” adlı kitabını Türkiyə oxucusuna təqdim etdi.

Kitabın ilk səhifəsi Mustafa Kamal Atatürkün 1933-cü ilə aid “Bu gün Sovetlər Birliyi dostumuzdur, fəqət sabah nə baş verəcəyini kimsə bilmir. Bizim bu dostluğumuz içində dili bir, inancı bir, özü bir qardaşlarımız var, onlara sahib çıxmağa hazır olmalıyıq” kəlamıyla açılır. Kitabın ön sözündə isə Turqut Ərin fikirləri və bir şeir verilib:

Onlar,
Kar tipi bora demeden,
Toroslardan
Palandökenlerden
Katar katar
Kopup geldiler.
Kartallar gibi
Kanat vurup Kafkaslara
Hışımla
Yağının başına indiler.

Turqut Ərin adı Azərbaycanda çoxlarına tanışdır. Turqut Ər 1990-cı illərin əvvəllərindən sonuna qədər Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi vəzifəsində çalışıb.

“Türk Qafqaz İslam Ordusu və ermənilər - 1918” kitabında Osmanlı dövlətinin süqutundan və Birinci Dünya müharibəsi zamanı Qafqazın durumundan tutmuş Türk Qafqaz İslam Ordusunun Dağıstan və Azərbaycan istiqamətində pillə-pillə irəliləməsinə qədər tarixi faktlar, sənədlər, nadir fotoşəkillər yer alıb. Kitab o illərdəki dünya siyasətini, diplomatik və isti savaşı əks etdirən ensiklopedik məlumat və şərhlərlə də zəngindir.

Kitabdakı maraqlı məqamların bir neçəsinə müraciət etmək istərdim.

Almaniya Türk Qafqaz İslam Ordusunun Azərbaycandakı uğurlu əməliyyatlarına şərik çıxmaq üçün Tiflisdəki qərargahını hərəkətə gətirir. Almaniyanın Tiflisdəki hərbi təmsilçisi ölkəsinə aid qoşunları Azərbaycanda yerləşdirmək istəyini Osmanlı dövlətinin Gürcüstan paytaxtındakı təmsilçisi Əbdülkərim Paşaya çatdırır, sonuncu da bu müraicəti Nuru Paşaya göndərir. Nuru Paşa isə cavabında Bakını öz gücüylə azad edə biləcəyini vurğulayır və İstanbuldan bir təlimat almadığını əsas gətirib almanların istəyini rədd edir. Üstəlik, Nuru Paşa əmr edir ki, almanlar zorla Azərbaycana silahlı qüvvələr göndərməyə qərar versələr, dəmir yolu üstündəki körpülər partladılsın. Almanların istəyi Ənvər Paşanı da hövsələdən çıxarır və o da almanların Bakıya ayaq basmaması üçün bütün lazımi tədbirləri görmək əmrini verir.

Maraqlıdır, Almaniya və Osmanlı Türkiyəsi Birinci Dünya müharibəsində müttəfiq olsalar da, türklər Azərbaycanı Berlinlə bölüşmək istəmirdi. Görünür, müxtəlif cəbhələrdə ingilis və ruslarla savaşan türklər müttəfiqləri almanlardan da yaxşı heç nə gözləmirdi. Almaniyanın gözü Bakı neftindəydi, Berlin Gürcüstan üzərindən ordularını Bakı nefti ilə təmin etmək həvəsindəydi. Bu mənada almanlar ingilislər kimi Bakını ələ keçirməyi o qədər arzulayırdlar ki, türk ordusunun Bakıda xristianları yox etmək kimi planın olduğu barədə Avropada müxtəlif şayiələr yayırdılar. Bu da müttəfiq.

Kitabda Türk Qafqaz İslam Ordusunun Bakını azad etməsindən sonra Qarabağ əhalisini erməni qətliamından qurtarmaq əməliyyatına başladığı da yer alıb. 1918-ci il sentyabrın 15-də Bakıya daxil olan türk ordusu iki həftə sonra Şuşaya istiqamətlənir.

Türk ordusuyla savaşmağa cəsarət etməyən, Şuşanı mühasirədə saxlayan Andranikin quldur dəstəsi cənuba qaçır. Türk ordusunun başında Şuşaya daxil olan Cəmil Cahid bəy Şuşa sakinlərini məsciddə toplayaraq şəhərdəki ermənilərdən intiqam almamağı tapşırır. Halbuki elə Cəmil Cahid özü çıxışında ermənilərin türklərə çox zülm etdiyini bildirir. Türk zabiti bundan sonra ayrıca Şuşadakı ermənilərə müraciət edərək onlardan türk ordusuna tabe olmağı tələb edir. Ermənilər cavablarında gecikmirlər, “türk ordusununu bütün əmrlərinə tabeyik” vədini verirlər.

Türk Qafqaz İslam Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyat və Şuşaya nəzarət etməsi Azərbaycan türklərinin özünə inamını artırır. Bununla da ermənilər tarixin bu qarışıq dönəmində Qarabağı ələ keçirə bilməyəcəklərini anlayaraq hiyləgər planlarını 70 il sonraya saxlayırlar.

... Heç nə dəyişməyib. Azərbaycan Demokratik Respublikasının ötən əsrin əvvəllərində Türkiyənin hərbi dəstəyinə ehtiyacı olduğu qədər bugünkü Azərbaycan dövlətinin də Ankaranın hərtərəfli siyasi, iqtisadi və hərbi əməkdaşlığına ehtiyacı var. Naxçıvanın təhlükəsizliyinin təminatı da əsas elə Türkiyədən asılıdır.

…Mustafa Görüryılmazın müəllifi olduğu “Türk Qafqaz İslam Ordusu və ermənilər - 1918” kitabı qeyd etməyə hazırlaşdığımız Azərbaycan Demokratik Respublikasının (ADR) və Bakının erməni-rus-ingilis işğalından qurtuluşunun 90 illiyinə yaxşı bir töhfədir. Önəmli olan üst-üstə düşən iki yubileyi bu il layiqincə keçirməkdir.

Fərman var, iş isə yoxdur. Hardadır ADR-i əks etdirən möhtəşəm kompleks, Cümhuriyyət qurucularının heykəlləri? Nəyə görə 15 sentyabrda Azərbaycanı və Bakını işğalçılardan qurtaran türkiyəli şəhidlərin xatirəsini yad etmək üçün Bakının Şəhidlər Xiyabanında keçirilən tədbirlərə Azərbaycanın heç bir rəsmisi qatılmır?

Bu kimi suallar çoxdur.

Elxan ŞAHİNOĞLU
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri - Bakü

 



Paylaş

Proje Yerlinet tarafından çözümlenmiştir.

© 2008 TurkMeclisi.org Her hakkı saklıdır. İçerik izin alınmadan kullanılamaz. Siteyi kullanan herkes "Kullanıcı Sözleşmesini" kabul etmiş sayılır. Kullanıcı Sözleşmesi.